Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Hər bir ailəyə 300 manat veriləcək?– Açıqlama

Hər bir ailəyə 300 manat veriləcək? – Açıqlama

"Hər bir ailəyə 300 manat verilsin".

Yenixeber.org: Bunu kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun fikrincə, bu təklif Qurban bayramı ərəfəsində bütün ailələrin sevincinə səbəb olar:

"İyul ayı üçün əhaliyə yardım verilməyib. Avqust ayını da daxil etməklə hər ailəyə heç olmasa 300 manat yardım edilsin. Biz desək ki, gətirilən heyvanlar və əti ucuz satılsın, bu alınmayacaq. Kəndlilər çalışır ki, ildə bir dəfə normal gəlir əldə edib öz problemlərini həll etsin. Onsuz da ildə bir dəfə əldə olunan gəlirdən problem həll etmək mümkün deyil. Yəni, bu bahalıq  dövründə onlar da əldə etdikləri qazancla öz ailəsinin sosial durumunu təmin etsinlər. Azərbaycanda ət istehsalı baha başa gəlir. Bunun da səbəbi var, örüş əraziləri əkin sahələrinə verilib, ot qıtlığı yaranıb, otun, yemin qiyməti bahadır. Xaricdən gətirilən heyvanlar da monopoliyadadır, əksəriyyəti yüksək vəzifəli adamlardır. Onların da iştahı böyükdür. Odur ki, əti ucuzlaşdırmaq mümkün olmayacaq".

Ekspert hesab edir ki, bu bayramda dövlət mütləq addım atmalıdır: 

"Bu, istehsalı stimullaşdıracaq.  Əhalinin durumu çox pisdir. Pandemiya dövründə əhalinin bir hissəsi işə çıxa bilmir. Xüsusi xidmət sahələrində çalışanlar və əhalinin işsiz hissəsinin heç yerdən gəliri yoxdur. Ən yaxşı çıxış yolu hər ailəyə 300 manat yardım etməkdir. Bu da  problem deyil. Ölkədə 2 milyon ailə var. Məncə, bu ən yaxşı təklif ola bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam