Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

QİSASIMIZI QİYAMƏTƏ QOYDUQ -Xocalı soyqırımı

QİSASIMIZI QİYAMƏTƏ QOYDUQ -

                     

      Xeberinfo.com:   İyirminci əsrin sonlarında erməni vandalları rus havadarlarının xeyir-duası,havadarlığı ilə insanlıqda görünməyən bir vəhşilik törəttilər. Yüzlərlə insanı- qocanı, qadını,uşağı qan gölündə boğdular. Ermənilərin Xocalıda törətdiyi bu qırğın əsrlərlə yer üzərində törədilən saysız-hesabsız vəhşiliyə bənzəmədi. Hətta faşistlərin Xatında törətdikləri qırğın bunun yanında bir şey deyildi. Xocalı soyqırımı dünyaya,insanlığa bir üzqaralığı,bir ləkədir. Çox təəssüf ki, bu vaxtı dünya kar və kor oldu. Bu müsübəti eşitmədi, görmədi.

  Dünya bir tərəfə, heç özümüzdə bunu yaxşı görmədik. Həmin vax dövlət televiziyası bir neçə nəfərin öldürüldüyünü bildirdi. Sonra erməni qaniçənliyi hər kəsə məlum oldu. Silaha sarılıb,qisasımızı almağa qalxmadıq.Ağladıq,sızladıq,erməniyə qarğış elədik,lənət yağdırdıq.  Siyasilər də boş dayanmadılar, hakimiyyət savaşına çıxdılar.  Hamsı da qaməti düz,başı papaqlı. Beləcə içimizdə cücərməyə başlayan qəzəb,kin,nifrət,qisas hissiləri yerini unutqanlığa verdi. Hakimiyyət ermənidən alınacaq qisası üzünü göyə tutub Allahdan istədi. Allah da bizinkilərin istəyini yerinə yetirməkdən imtina edib, başqa işlərinin dalınca getdi.

  Bu günə kimi dünya dövlətlərindən bir neçəsi Xocalı faciəsini soyqrım kimi tanıyıb. Və biz bunu xarici siyasətimizin uğuru kimi dəyərləndirmişilk. Amma 25 illik siyasət üçün bu çox azdır.Gərək bu illər ərzində yüzlərlə ölkə bunu tanıyaydı.Axı bu Azərbaycan həqiqətidir,erməni yalanı deyil. Erməni ağ yalanlarını dünyaya qəbul elətdirir,biz həqiqətimizin gölgəsində baş girləyirik.Anım günündə bir dəstə güllə onların xatirəsinə öz ehtiramımızı bildiririk.

  Niyə Xocal abidəsi mərkəzdən uzaqda qoyulub,niyə oranı ziyarət eləmək pratakola salınmayıb?! Axı bu bizim təbliğatımız üçün yararlı olardı.Yaxşı olardı ki,soyqrım abidəsi (özü də möhtəşəm bir abidə) şəhərin mərkəzində ucaldılsın,bütün ölənlərin adları mərmər lövhələrdə əks olunsun,xarici dövlətlərin başçıları və yüksək səviyyəli qonaqlar üçün ziyarət etmək pratakola salınsın.

 

                                                                 

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam