Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

55 kq zəli aşkar edildi -Gömrükdə əməliyyat

1482480568_zeli_2377576tyt

 

Azərbaycan gömrükçüləri daha bir fakt üzrə külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılmasına cəhdin qarşısını alıblar.

Yenixeber.org:   Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasının vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı, avtomobilin kabinəsində gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 55 kq olan “Hirudo medicinalis” növ zəlilər aşkar edilib.

Tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib və faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Astara Gömrük İdarəsində bundan öncə digər İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı nəticəsində isə ümumi sayı 29.000 ədəd olan “Hirudo medicinalis” növ zəlilər aşkar edilib.

Bu növ zəlilər “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CITES) ilə müəyyən edilmiş siyahıya daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam