Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Qutunu açanda ölümcül infeksiyaya yoluxdu -FOTO

 

ABŞ-ın Havay ştatının sakini Hizer Harbottl əşyalarını yerləşdirdiyi qutunu açarkən əlini yaralayıb, nəticədə o, ölümcül infeksiyaya yoluxub.

Yenixeber.org:  Bu barədə “The Mirror” xəbər yayıb.

Hizer yeni evinə köçəndə qutunu açarkən əlini kəsib. Həmin vaxt o, buna əhəmiyyət verməyib. Amma səhəri gün əlində möhkəm ağrı ilə oyanıb. Onun barmağı iltihablanıb və şişib.

Harbottl xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, bakterial stafilokok infeksiyasına yoluxub. Həkimlər ona nekrotik fastsiit – hüceyrələrin ölməsinə səbəb olan bakteriyal infeksiya diaqnozu qoyublar. Tibb işçilərinin proqnozu isə dəhşətli olub. Onlar bu infeksiyanın nəinki əlin amputasiyası, hətta ölümlə nəticələnə biləcəyini deyiblər.

Qadına uzunmüddətli müalicə təyin olunub. Lakin bütün müdaxilələrə baxmayaraq, infeksiya onun çiyninə qədər yayılıb. Qadının vəziyyəti ağırlaşdığından dəri transplantasiyası əməliyyatı icra edilib. Bundan sonra Harbottlun vəziyyəti düzəlməyə başlayıb.

Hazırda qadın əlinin fəaliyyətini bərpa etmək üçün terapiya ilə məşğul olur.

O həmçinin, ictimaiyyəti nekrotik fastsiit barədə məlumatlandırmağa çalışır. (oxu.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam