Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Vaşinqtonda baş verən müəmmalı insidentlər - “Havana sindromu” hadisəsi araşdırılır

 

 

ABŞ-ın paytaxtı Vaşinqtonda, baş verən müəmmalı insidentlər xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşüb.

Yenixeber.org: Xarici agentliklər xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Kanalın informasiyasına əsasən, həmin hadisələrdən sonra hökumət rəsmiləri arasında “Havana sindromu” adı qoyulan, izahedilməz nevroloji problemlər baş qaldırıb.

Həmin hadisələrdən biri, ötən ilin noyabrında, Milli təhlükəsizlik şurasının üzvlərindən biri xəstələndiyi zaman qeydə alınıb. Digər epizod Virciniya ştatında öz itini gəzdirən Ağ Ev məmurunun başına gəlib.
Məhz bu səbəbdən Pentaqon və digər agentliklər xarici kəşfiyyatın bəd niyyətlə xüsusi hücum həyata keçirilməsi ilə bağlı ciddi təhqiqata start verib.

Bununla bağlı Müdafiə Nazirliyi Senatı məlumatlandırıb və hətta insidentlərin arxasında Çin və ya Rusiyanın dayana biləcəyi versiyasını irəli sürüb.

Xatırladaq ki, “Havana sindromu” deyilən hadisə 2016-cı ildə ABŞ-ın Kubadakı səfilriyində çalışan əmkdaşların qəfildən özlərini pis hiss etməsi ilə bağlıdır. Eyni problemlər Birləşmiş Ştatların Çin və Rusiyadakı personalında da yaşanıb.

“Havana sindromu” ilə bağlı əsas əlamətlər sırasında diplomatik nümayəndəliklərdə çalışan şəxslərdə baş gicəllənməsi, güclü baş ağrıları, yaddaş itməsini göstərmək olar. ABŞ ekspertlərinin fərziyyəsinə görə, burada diplomatlara qarşı mikrodalğalı enerji yayan silahdan danışmaq olar.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam