Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rəşid Dostum Məzari-Şərifə gedibı-qurtuluş savaşı başlayır


Özbək marşal Rəşid Dostum ətrafına topladığı qəhrəman fədailəri ilə Məzari-Şərifə gedib.

Yenixeber.org: Bu gün Məzari-Şərifə hücum edən “Taliban”ın qarşısını almaqla Güney Türküstanın qurtuluş savaşını başladacaq olan marşal ötən il bu vaxt Əfqanıstanı məlum bəladan qurtarmaq üçün ona 6 ay vaxt lazım olduğunu bildirmişdi. Nə yazıq ki, əfqan hökuməti marşala bu fürsəti vermədi. 

Bu ilin əvvəlində xəstəliyi səbəbi ilə Türkiyəyə müalicəyə gedən Rəşid Dostum məmləkəti Cevizcanın “Taliban” hücumuna məruz qaldığını eşidib, müalicəsini yarımçıq kəsərək Kabilə qayıtmışdı. Bir neçə günə təcili toparlanana qədər isə Cevizcan vilayəti “Taliban” tərəfindən ələ keçirildi.



Məzari-Şərif Rəşid Dostumun 1990-cı illərin ortalarında mərkəzi qərargahı kimi tanınırdı. Marşalın ilk işə burdan başlaması bu mənada təsadüfi deyil. Ümidvarıq ki, marşal qısa müddət ərzində özbək, türkmən, hazara və tacikləri öz ətrafında toplayaraq Güney Türküstanı bu işğaldan azad edəcək. Daha sonra, təbii ki, sıra Əfqanıstanın digər vilayətlərinə də gələ bilər. Necə deyərlər, birinci evin içi, sonra çölü.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam