Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Gürcüstandan “3+3” formatının Moskva görüşünə etiraz

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) “3+3” əməkdaşlıq plarforması çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş məsləhətləşmələrdə dövlət bayrağının istifadəsini qəbuledilməz hesab edir.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda bildirib.

Sənəddə qeyd olunub ki, Gürcüstan “3+3” regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib: “Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub, və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.

Qeyd edək ki, Moskva toplantısında Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya təmsil olunub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam