Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"Facebook" və Tvitter məlumatlarını belə oğurlayırlarmış-Məxfi əməliyyatlar...

Məxfi əməliyyat üzə çıxdı – “Facebook” məlumatlarını belə oğurlayırlarmış

ABŞ-ın “Vaşinqton Post” qəzeti Çinin öz dövlət qurumlarını, ordusunu və polisini xarici hədəflər haqqında məlumatla təchiz etmək üçün Feysbuk və Tvitter də daxil olmaqla, bütün sosial şəbəkələrdən dünya üzrə gizli yolla informasiya topladığını iddia edib.

Yenixeber.org: Son on ildə Çin tərəfindən hazırlanmış və xüsusilə siyasi cəhətdən həssas məlumatlar üçün istifadə edilən “ictimai rəyin təhlili proqramı” adlı məlumatların müşahidə şəbəkəsi daxilində Tvitterdən informasiya toplayan 320 min dollar dəyərində dövlət media proqramı da var.

Bu, Çinə xarici jurnalistlər, siyasətçilər və akademiklər haqqında məlumat toplamaq imkanı verir. Eyni şəbəkə Qərb rəsmilərinin Honq-Konq və Tayvanda apardığı danışıqlarını təhlil edən polis tərəfindən istifadə edilən 216.000 dollar dəyərində Pekin polisinin kəşfiyyat proqramına daxildir.

Şərqi Türküstan (Sincan) Uyğur Muxtar Bölgəsindəki bir mərkəzdə isə xaricdə uyğur dilində hazırlanan məzmunlar verilənlər bazasına yazılır.

Bu müşahidə şəbəkələri Pekinin böyük məlumat və süni intellekt vasitəsilə xarici təbliğat səylərini təkmilləşdirmək üçün atdığı addımların yalnız bir hissəsidir. Pekin həm də onun maraqlarına xələl gətirən tendensiyalar üçün real vaxt rejimində xəbərdarlıqlar etmək üçün hazırlanmış sistemlər şəbəkəsi də qurur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam