Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Qarabağdakı separatçılara rəhbərlik üstündə DAVA:Generallar Arayikə SAVAŞ AÇIR

Qarabağdakı separatçılara rəhbərlik üstündə DAVA: Generallar Arayikə SAVAŞ AÇIR

         Qarabağdakı separatçı-terrorçu qüvvələrə rəhbərlik uğrunda savaş qızışır.

Yenixeber.org: Bu barədə Ermənistanın “Hraparak” qəzetindəki yazıda qeyd olunub.

Qəzetin məlumatına görə, separatçıların hazırkı başçısı Arayik Arutyunyan bir müddət əvvəl rəhbərlik etdiyi “Azad Vətən” partiyasının toplantısında qarşıdan gələn “seçkilər”də iştirak etməyəcəyini vəd etsə də, indiki proseslər bunun əksini göstərir.

Qarabağdakı separatçı-terrorçu qüvvələr Arayikin bu vədinə ona görə inanmırlar ki, o, indiyə kimi verdiyi sözlərin heç birinə nəinki əməl edib, həm də əks addımlar atıb.

“Hraparak” qeyd edir ki, separatçılar gələn il yeni lider seçməyi planlaşdırırlar. Bu səbəbdən də Qarabağdakı terrorçuların keçmiş liderləri və generallar artıq müzakirələrə başlayıb.

Qarabağda separatçıların hazırkı “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanı Arayiki əvəzləyə biləcək “lider” qismində görürlər. Onun özü isə məsələyə münasibət bildirməyə hələ ki tələsmir.

Arayik Arutyunyanın yerinə digər namizədin isə Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” general Levon Mnatsakanyan olduğu bildirilir.

“Hraparak” yazır ki, Arayik Arutyunyan hazırkı postunda qalmaq üçün müxtəlif gedişlər etməyə cəhd göstərir.

“Qarabağda düşünürlər ki, Arayik Arutyunyanın getmə qərarı qəti deyil və yəqin ki, rəqib qüvvələri parçalayıb iğtişaşlar törətməyə çalışacaq ki, onun namizədliyinə alternativlər zəif düşsünlər”,-deyə sözügedən nəşr bildirir./modern/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam