Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zelenski və Bayden bu məsələləri müzakirə edəcəklər -AÇIQLAMA

2023/07/2023--1689057219.jpg    
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Cozef Baydenin sabah, iyulun 11-də keçirəcəkləri görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanıb.

Yenixeber.org: Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, liderlər Ukraynaya silah tədarükünün sürətləndirilməsi barədə danışacaqlar.

“Görürük ki, əks-hücum əməliyyatları üçün bizə texnika, o cümlədən aviasiya komponentləri və uzaqmənzilli raketlər lazımdır. Prezidentlərin müzakirə edəcəyi növbəti məsələ Rusiyanın itkiləri olacaq”, - müşavir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bu savaşda mütləq uduzmalıdır.

M.Podolyak söyləyib ki, V.Zelenski digər liderlərlə də görüşəcək: “Lakin təhlükəsizlik tədbirləri səbəbindən detalları açıqlaya bilmərəm”.

Qeyd edək ki, V.Zelenski ilə C.Bayden sabah NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində bir araya gələcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam