Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qafanda təşviş yaşanır -SƏBƏB

Erməni mediası bir neçə gündür Qafanda “atəş səsi eşidildiyi” haqda məlumat yayır.

Yenixeber.org: Yerli sakinlər kiçikhəcmli təyyarələr üçün nəzərdə tutulan Qafan aeroportunda qalxıb-enən təyyarələrə “atəş açıldığını” iddia edirlər.

Bildirilib ki, bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan və Baş nazir aparatının rəhbəri Araik Arutyunyan Qafana gəlib. “Arovat” nəşri “yerli şahidə” istinadla yazıb ki, onların təyyarəsi Qafana enərkən yaxınlıqda atəş səsi eşidilib.

Ermənistan Təhlükəsizlik Şurasından isə bildirilib ki, onlarda hər hansı atəşlə bağlı heç bir məlumat yoxdur və belə hadisə olmayıb.

Xatırladaq ki, ermənilər iki gün əvvəl də guya azərbaycanlının sərhəddən Qafan aeroportu istiqamətində “2-3 dəfə” atəş açdığını bildirmişdi.

Belə görünür ki, ermənilər panikadadırlar, Qafanda hər təyyarə qalxıb-enəndə “atəş səsi” eşidirlər.

Təyyarənin “səsini batıran” AK atəşini necə “duyurlar”, bu artıq ermənilərə və erməni mediasına aid sualdır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam