Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

General Arzu Rəhimov Müdafiə naziri təyin olunacaq? —İDDİA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) sabiq rəisi Arzu Rəhimovla bağlı sensasiya sayılacaq iddia ortaya atılıb. Bu il aprel ayının 17-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən generalın daha yüksək posta təyinat alacağı bildirilir. 
Yenixeber.org: Bu iddia ilə A.Rəhimovun yaxın çevrəsi çıxış edib. Onların arasında generalın birinci dərəcəli qohumları da var.

Yaxın ətrafının iddiasına görə,  A.Rəhimov tezliklə Müdafiə naziri təyin olunacaq. 
Qeyd edək ki, A.Rəhimov 2023-cü ilin aprelində vəzifəsindən azad ediləndən sonra rəhbərlik etdiyi qurumun rayon şöbələrində əməliyyatlar keçirilib. Baş Prokurorluq tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində SHXÇDX-nin yerli şöbələrində müxtəlif vəzifələr tutan 10-a yaxın şəxs həbs edilib. Hətta generalın özünün də istintaqa cəlb ediləcəyinə dair iddialar var idi. Bu məlumatların fonunda A.Rəhimovun müdafiə naziri kimi vacib və strateji posta təyin olunacağı ilə bağlı xəbərlər təəccüb doğurur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam