Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Xankəndiyə çatdırılan yardımda bu mallar var -SİYAHI

Rusiya Qızıl Xaç Komitəsinin yük maşını ilə bu gün Xankəndiyə çatdırılan yardımın siyahısı dərc olunub.

Yenixeber.org: Siyahı aşağıdakı kimidir:

1. Ərzaq paketləri - 1000 paket

Bir paketə daxildir:

- Günəbaxan yağı 0.9 l - 1 ədəd
- Şəkər tozu 1 kq - 1 ədəd
- Buğda unu 2 kq - 1 ədəd
- Boruşəkilli makaron 500 qr - 3 ədəd
- Qarabaşaq yarması 1 kq - 1 ədəd
- Buğda 1 kq - 1 ədəd
- Manna yarması 1 kq - 1 ədəd
- Yulaf 0,5 kq - 1 ədəd
- Ət konservi 0,5 kq - 5 ədəd

Bir paketin ümumi çəkisi - 11,4 kq

2. Yataq dəsti - 270 dəst

Bir dəstə daxildir:

- Yataq dəsti - 1 ədəd
- Döşəkçə - 1 ədəd
- Adyal - 1 ədəd

3. Gigiyenik dəstlər - 200 dəst

Bir dəstə daxildir:

- Diş fırçaları - 3 ədəd
- Sabun - 10 ədəd
- Termometr - 1 ədəd

4.Uşaq dəstləri - 192 dəst

Bir dəstə daxildir:

- Uşaq üçün kisel - 1 ədəd
- Vitamin həbləri - 3 ədəd
- Diş fırçası - 1 ədəd
- Uşaq üçün pürelər - 1 səbət (8 ədəd)
- Uşaq üçün balıq yağı (kapsullar) - 1 ədəd
- Uşaq pudrası - 1 ədəd

Qeyd edək ki, bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam