Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ-ın sabiq prezidenti Priqojinlə bağlı şok yaşayıb -SƏBƏB

ABŞ-ın sabiq prezidenti kiçik Corc Buş “Vaqner” rəhbəri Yevgeni Priqojinin 17 il öncə ona şam yeməyi təqdim etdiyini öyrənəndə şok keçirdiyini bildirib.

Yenixeber.org: Avropa strategiyası üzrə Yalta konfransında çıxışı zamanı Buşdan Priqojinin təyyarə qəzasında ölməsi xəbərindən şok olub-olmadığını soruşublar. Konfrans Kiyevdə keçirilib, lakin Buş videobağlantı vasitəsilə iştirak edib.

“Xeyr, məni şoka salan odur ki, Sankt-Peterburqda keçirilən G8 sammitindən ötən gün bir fotoşəkil gördüm, orada yemək verən şəxs Priqojin olub. O, Putinin aşpazı idi, fotoda da var”, - Corc Buş bildirib.

Buş qeyd edib ki, bu adamla şəxsən görüşdüyünü xatırlamır:

“Bildiyim tək şey odur ki, mən sağ qaldım (Priqojinin onu zəhərləmədiyinə işarə edir – red.).

Qeyd edək ki, foto 14 iyul 2006-cı ildə Corc Buş və xanımının Putinlə şam yeməyi zamanı çəkilib. Priqojinin Buşa içki süzdüyü görünür.

Şam yeməyi Sankt-Peterburqdakı Konstantinovski sarayında G8-in 32-ci sammiti çərçivəsində olub. Rusiya G8 toplantısına ilk dəfə ev sahibliyi edirdi.

Həmin vaxt Vaşinqton və Moskva iki ölkə arasında ticarətin daha da inkişaf etdirilməsi və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması imkanlarını müzakirə ediblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam