Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bayden Konqresdən 106 milyard dollar istədi -SƏBƏB

Konqresin bu qərarını dayandıra bilmərəm - Bayden
ABŞ prezidenti Cozef Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib.

Yenixeber.org: Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə iddia edilib ki, Bayden administrasiyası Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab verib və indi müttəfiqi İsrailin kömək etməlidir.

Ağ Ev ABŞ qanunvericilərini ölkənin milli təhlükəsizlik ehtiyacları üçün vəsaitin ayrılması ilə bağlı gələcək həftələrdə hərtərəfli ikitərəfli razılaşma əldə etməyə çağırıb.

ABŞ administrasiyası xüsusi olaraq Konqresdən Ukraynadakı vəziyyətə və bununla bağlı xərclərə cavab vermək üçün 61,4 milyard dollardan çox vəsait ayırmağı xahiş edib. O cümlədən, Kiyevə hərbi yardımın göstərilməsi və Amerikanın silah ehtiyatlarının artırılmasına təxminən 44,4 milyard dollar xərclənməsi planlaşdırılır.

Bundan əlavə, Bayden administrasiyası ABŞ-nin cənub sərhədini qorumaq üçün təxminən 13,6 milyard dollar ayrılmasını istəyir. Hindistan-Sakit okean regionunda ABŞ tərəfdaşlarına dəstək üçün təxminən 7,4 milyard dollar ayrılması təklif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam