Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

HƏMAS rəsmiləri Moskvada Lavrovun müavini ilə görüşüb -FOTO


Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.
Yenixeber.org: Bu barədə hərəkatın Telegram kanalında yerləşdirilmiş mesajda deyilir.

HƏMAS nümayəndə heyətinə hərəkatın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk başçılıq edib.
Rusiya diplomatik xidməti də bu barədə məlumat yayıb.
“HƏMAS İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun üzvü Əbu Mərzuk Moskvadadır. Hərəkatın nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin mövqeyini və Rusiya Federasiyasının fəal diplomatik səylərini yüksək qiymətləndirib”, - məlumatda deyilir.
Bildirilir ki, görüşdə Qəzza zolağında yerləşən əcnəbi girovların dərhal azad edilməsi, Rusiya və digər əcnəbi vətəndaşların Fələstin anklavından təxliyəsinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam