Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

 Gorus aeroportu açılacaq -AÇIQLAMA

Ermənistan Gorus aeroportunu açmaq İSTƏYİR

Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyi Gorus hava limanının yenidən işə salınması üçün ilkin araşdırmalar aparır.
Yenixeber.org: Bu haqda adıçəkilən nazirlik məlumat yayıb.

“Nəzərinizə çatdırırıq ki, nazirlik Gorus hava limanının yenidən işə salınması, o cümlədən binanın və uçuş-enmə zolağının bərpası ilə bağlı ilkin araşdırma aparır”, - deyə məlumatda deyilib.

Nazirlikdən onu da qeyd ediblər ki, bərpa işlərinin dəyəri və müddəti tədqiqatlar başa çatdıqdan sonra müzakirə oluna bilər.

Bundan əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, hakimiyyət Gorus aeroportunu bərpa etmək niyyətindədir.

Qeyd edək ki, Gorus hava limanı Xot kəndi yaxınlığında yerləşir. O, 70-ci illərin sonlarında tikilib fəaliyyətə başlayıb, gündə 8-ə qədər uçuş qəbul edirdi. İrəvandan buraya An-2 və Yak-40 təyyarələri uçurdu.(“Sputnik Ermənistan”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam