Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İshaq Hersoq dünya yəhudilərinə müraciət etdi:İsrail bütün sivil dünya üçün döyüşür

İsrailin Prezidenti İshak Hersoq AND İÇDİ - Ajmedia.info
Bu, təkcə İsrail və HƏMAS arasında müharibə deyil. İsrail bütün sivil dünya üçün döyüşür. Biz bu şərə qarşı durmaqda qərarlıyıq.

Yenixeber.org: Bu sözləri İsrail Prezidenti İshaq Hersoq dünyadakı yəhudi icmalarına müraciətində deyib.

“Kütləvi qırğınlardan sonra biz bütün dünyada antisemitizmdə dəhşətli artım gördük. Bu fakt antisemitizm və antiisrail əhval-ruhiyyəsi arasında sıx əlaqəni ortaya qoydu”, - o bildirib.

Hersoq “ən yaxşıya” ümid etdiyini də vurğulayıb:

“Bacılar və qardaşlar, Qüdsdəki pəncərəmdən, heç nəyə baxmayaraq, çiçəklənən İsrail görürəm. Mən danışdığım müddətdə oğul və qızlarımız ön cəbhədə hərbi formada bizi qorumaq üçün döyüşür. Bütün israillilər bir-birinə diqqətəlayiq qayğı göstərir. Dünyadakı yəhudi icmaları görünməmiş enerji ilə səfərbər olurlar. Mən dünyanın hər yerindən dəstək və həmrəylik təklifləri alıram”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam