Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya ordusunda “siçan qızdırması” yayılıb –Ukrayna hərbi kəşfiyyatı məlumat yaydı

Ukraynanın Kupyansk şəhəri istiqamətindəki Rusiya ordu birləşmələrində kütləvi şəkildə "siçan qızdırması" adlanan xəstəlik yayılıb.

Yenixeber.org: Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin açıqlamasında belə deyilir.

Məlumatda qeyd olunur ki, bu xəstəliyin yayılması bir çox bölmələrdə qeydə alınıb. Bu xəstəlik virus xarakterlidir və insanlara gəmiricilərdən - patogenlə birbaşa təmasda, siçan nəcisindəki tozun inhalyasiyası və ya onun insanların istehlak etdiyi qida məhsullarına daxil olması nəticəsində ötürülür: "Siçan qızdırmasının simptomlarına şiddətli baş ağrısı, bədən istiliyinin 40 dərəcəyə qədər yüksəlməsi, səpgi və qızartı, aşağı təzyiq, gözlərdə qanaxma, ürəkbulanma, gündə bir neçə dəfə qusma daxildir. Xəstəlik böyrəklərə təsir etdiyindən, insan bel nahiyəsində şiddətli ağrı hiss edir və sidiyə çıxmaqda ciddi çətinlik çəkir".

Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya ordu komandanlığı Ukraynaya qarşı müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin qızdırma şikayətlərinə məhəl qoymayıb və bunu hərbi əməliyyatlarda iştirakdan yayınmanın növbəti təzahürü kimi qiymətləndirib. Bu isə vəziyyəti daha da pisləşdirib. Bundan əlavə, qeyd olunur ki, "siçan qızdırması" ilk mərhələdə adi qripə bənzəyir.

Açıqlamanın sonunda deyilir: “Nəticədə "siçan qızdırması" Rusiya "siçovullarının" döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb".(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam