Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Türkiyə Ordusu antiterror əməliyyatını davam etdirir -AÇIQLAMA

      Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında hava əməliyyatı keçirildiyini açıqlayıb.

Yenixeber.org: Açıqlamada Metina, Qara, Hakurk, Qəndil və Asosda 15 hədəfin məhv edildiyi qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, sözügedən bölgələrində 6 yanvar 2024-cü il tarixində terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib, mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar dağıdılıb.

"Aparılan əməliyyatlarda yerli və milli sursatdan maksimum istifadə edilərək çox sayda terrorçu zərərsizləşdirilib. Türk Silahlı Qüvvələri təhlükəsizliyi təmin etmək üçün bir nəfər terrorçu qalmayana qədər terrorla mübarizəni əzm və qətiyyətlə davam etdirəcək. Bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost ünsürlərə, tarixi və mədəni sərvətlərə, ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün bütün tədbirlər görülüb” - açıqlamada bildirilib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam