Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Tofiq Yaqubludan YENİ XƏBƏR:ev həbsinə buraxılmadı

Tofiq Yaqublu həbs edilib
Nərimanov Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev həbsinə buraxılması ilə bağlı vəsatətə baxılıb.
Yenixeber.org: Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, hakim Gültəkin Əsədova vəsatəti rədd edib.
Qeyd edək ki, dekbarın 14-də Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. Bir gün sonra – dekabrın 15-də isə Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. O cinayət işində başqa təqsirləndirilən şəxsin də olduğunu qeyd edib və istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib.
“Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”, - A. Layıc bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam