Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycan Avropa Şurasında çıxır? -PA, MM və XİN-də müzakirə aparılıb

AŞPA-nın Azərbaycana və Türkiyəyə qarşı səlib yürüşü

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli siyasətindən sonra Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, AŞPA-nın məlum qərarı ilə bağlı bu günlərdə Prezident Adminstarsiyası (PA), Milli Məclis (MM) və Xarici İşlər Nazirliyinin (XİN) ekspertlərinin iştirakı ilə işçi müzakirə keçirilib.

Müzakirələrdə AŞPA-da Azərbaycana qarşı qərəzli münasibətə və əsassız ittihamlara cavab olaraq Azərbaycanın Avropa Şurasından çıxması və Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımaqdan imtina məsələsinin siyasi, hüquqi parametrləri müzakirə olunub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın qərəzli siyasətinə qarşı olaraq Azərbaycanın Avropa Şurasından çıxa biləcəyi ilə bağlı məlumat vermişdik. Hazırda isə bu məsələ ekspertlər tərəfindən müzakirə olunur və Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı artır.(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam