Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Dünyanın ilk taxta peyki orbitə çıxacaq

Yaponiya dünyanın ilk taxta peykini orbitə GÖNDƏRƏCƏK

 Kioto Universitetinin yaponiyalı alimləri dünyanın ilk taxta kosmik peyki olan “LignoSat”ı yaradıblar.

Yenixeber.org: “LignoSat” Beynəlxalq Kosmik Stansiyada (BKS) il boyu aparılmış sınaqlarda üstün sabitlik və çatlara davamlılıq nümayiş etdirən maqnoliya ağacından hazırlanıb.

Yaradıcıların fikrincə, taxta zond iki problemi həll etməlidir – resurslara qənaət və ətraf mühitə təsirin azaldılması.

“Bütün peyklər Yer atmosferinə yenidən daxil olduqda yanır və uzun illər atmosferin yuxarı qatında üzəcək kiçik alüminium oksid hissəcikləri yaradır. Bu, yekunda Yerin ətraf mühitinə təsir göstərəcək”, – yaponiyalı astronavt və Kioto Universitetinin aerokosmik mühəndisi Takao Doi xəbərdarlıq edib.

“LignoSat” 2024-cü ilin yayında orbitə buraxılmalıdır. O, oraya BKS-in təchizat gəmisi “Orbital Sciences Cygnus” və ya “SpaceX Dragon” raketi ilə çatdırılacaq.

Zondun yaradıcıları taxta peykin Yerə yaxın kosmosda ən azı altı ay qalacağını gözləyirlər.(“The Guardian”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam