Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ermənistanın bu rayonu da boşalır -SƏBƏB

Ermənistan kəndləri boşalır: Doğum azalıb, köç artıb…

         Ermənistanın daha bir vilayətinin boşaldılma riski var.

Yenixeber.org: Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Vedi (Ararat) rayonunda kənd təsərrüfatı üçün ciddi maneələr yaranıb: əkinçilik azalıb, heyvandarlıq aşağı düşüb. Əkinçilər və heyvandarlıqla məşğul olanlar artıq özlərini dolandıra bilmirlər.

Yerli sakinlərin sözlərinə görə, artıq illərdir mövsüm vaxtı su verilmir, bu da bağ sahələrində və əkində məhsuldarlığa ciddi təsir edir, çünki istiləşmə ilə bağlı mövsüm çox quraq keçir. Bu, otlaq sahələrinə də təsir edir, üstəlik, satış bazarı da yoxdur.

Sakinlərin sözlərinə görə, bu problemlər kəndlərdən əhalinin köçünü sürətləndirir.

Qeyd edən ki, Qərbi Zəngəzur ərazisində də analoji vəziyyət yaşandığı haqda məlumat yayılmışdı.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam