Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gələcək

BMT Baş Assambleyasının 78-ci sessiyasının prezide...

BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycana səfər edəcək.

Yenixeber.org: Bu barədə ABŞ büromuza açıqlamasında Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli deyib.

O, bildirib ki, Frensis martın 15-də Bakıda keçiriləcək 11-ci Qlobal forumda iştiraş edəcək:

"Prezident forumda çıxış edərək, dünyada davam edən geosiyasi gərginliyi aradan qaldırmaq və eləcə də beynəlxalq əməkdaşlığı bərpa etmək üçün həmrəylik, dialoq və diplomatiyanın zəruriliyini vurğulayacaq. BMT Baş Assambleyasınn prezidenti, o cümlədən noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransı üçün qarşıya qoyula biləcək məqsədlərə dair panel müzakirəsində iştirak edəcək".

Sözçü əlavə edib ki, Baş Assambleyanın prezidenti Bakıda bir sıra hökümət və dövlət nümayəndələri ilə görüşlər keçirəcək.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam