Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Türkiyə-Ermənistan sərhədində görüş keçirilir -FOTO

 

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.

Yenixeber.org: Bu barədə Anka Haber məlumat yayıb.

Qeyd edək ki, sonuncu dəfə iki il əvvəl görüşən nümayəndələrin görüşü Ermənistan-Türkiyə sərhədində baş tutub.

Məlumata görə, danışıqların bir hissəsinin sərhədin Türkiyə, digər hissəsi isə Ermənistan tərəfində aparılacaq.

Xatırladaq ki, Kılıç və Rubinyan sonuncu dəfə 2022-ci il iyulun 1-də Vyanada görüşüb. Görüşdə yalnız üçüncü ölkə vətəndaşlarının keçə bilməsi üçün iki ölkənin sərhədlərinin açılmasına qərar verilib.

Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyinə görə bağlanıb. İkinci Qarabağ müharibəsindən sonra 2022-ci ilin yanvarında Türkiyə ilə Ermənistan arasında normallaşma danışıqları başlayıb, 2022-ci ilin fevralında isə iki ölkə arasında birbaşa uçuşlar başlayıb.

Erməni mətbuatında yer alan xəbərə görə, üçüncü ölkə vətəndaşlarının üzünə açılacaq sərhədin Ermənistan tərəfində yenilənmə işləri yekunlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam