Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

"Ukrayna Donbassdan imtina etsə də, Putin dayanmayacaq"

"Putin Donbass haqqında danışdı, amma sonra Ukraynanın paytaxtını işğal etmək qərarına gəldi”

“Kiyev Donetsk vilayətinin qalan hissəsini Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına verməyə razı olsa belə, Rusiya Ukraynada işğala davam edəcək”.

Yenixeberorg.az: Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka televiziyası “DR Nyheder”ə verdiyi müsahibədə deyib.

O, hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Donbassı ələ keçirəcəyi təqdirdə dayanacağını düşünmək "böyük səhv" olardı: "Əgər bu, yalnız mənə qalsaydı, Donbassı tərk etməzdim. Çünki bilirəm ki, bir müddət sonra Putin irəli gedib işğala davam edəcək. Bu, bizim üçün böyük risk olardı".

Putin əvvəllər dəfələrlə bildirib ki, sülh danışıqlarına başlamaq üçün Kiyev bütün Donbassı Rusiyaya təhvil verməlidir. Rusiya ordusu isə dörd il yarımdır ki, onu ələ keçirə bilmir.

"Putin Donbass haqqında danışdı, amma sonra Ukraynanın paytaxtını işğal etmək qərarına gəldi. Donbas haqqında söhbət sadəcə söhbət idi, amma Kiyevdə baş verənlər reallıq idi", - deyə Zelenski əlavə edib.

Ukrayna Prezidenti həmçinin Rusiyanın ölkəni sözün əsl mənasında iki yerə bölmək cəhdi ilə körpülərə və enerji şəbəkəsinə hücumları artırdığını bildirib: "Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə və insanlar, şəhərlərimiz və kəndlərimiz üçün həyatı mümkün qədər acınacaqlı etməyə çalışır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam