Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

SEPAH rabitədən istifadəni qadağan etdi -SƏBƏB

İran İslam İnqilabı Keşikçiləri Korpusu Livandakı silsilə peycer partlayışlarından sonra bu qərarı verib

Yenixeber.org: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda peycer cihazların silsilə partlayışlarından sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib. Bu barədə İran təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, SEPAH təkcə rabitə cihazlarını deyil, demək olar ki, bütün texniki avadanlıqları da genişmiqyaslı yoxlamaya başlayıb.

Qeyd olunub ki, SEPAH rəhbərliyi baş verənlərdən narahatdır və Hizbullahdan texniki ekspertizanın nəticələrini, həmçinin partladılmış məhsulların bir neçə nümunəsini istəyib.

Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, SEPAH həmçinin İsraillə əlaqəli mənbələrdən maliyyə alanları müəyyən etmək üçün öz hərbi personalı, orta və yüksək səviyyəli zabitləri haqqında hərtərəfli araşdırmaya başlayıb.

“Bura onların həm İrandakı, həm də xaricdəki bank hesablarının yoxlanılması, həmçinin onların və ailələrinin səyahət tarixçəsi daxildir” deyə mənbə izah edib.

Xatırladaq ki, sentyabrın 22-də SEPAH İranın altı vilayətində 12 İsrail agentindən ibarət şəbəkənin aşkar edildiyini açıqlayıb. Məlumata görə, onlar ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədi daşıyan hərəkətlər etməyi planlaşdırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam