Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bayden İsrailə çağırış etdi...

Bayden İsraili insan tələfatının qarşısını almaq üçün daha diqqətli olmağa çağırıb
İsrail mülki itkilərin qarşısını almaq üçün hərbi əməliyyatlar apararkən daha diqqətli davranmalıdır.

Yenixeber.org: Bunu ABŞ prezidenti Co Bayden oktyabrın 4-də Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, İsrailin İranın, “Hizbullah”ın və Yəməndəki “Ənsar Allah” hərəkatının hücumlarına cavab vermək hüququ var.

"Ancaq onlar mülki itkilərin qarşısını almaq üçün daha diqqətli olmalıdırlar", - deyə Bayden bildirib.

O, həmçinin bildirib ki, İsrail hələ İrana cavab zərbəsi endirmək barədə qərar verməyib.

“İsrail İranın hərəkətlərinə cavab olaraq nə edəcəyinə hələ qərar verməyib, bu müzakirə olunur. Mən onların yerində olsaydım, neft yataqlarına hücumdan başqa alternativlər haqqında düşünərdim”, - deyə o bildirib.

Qeyd edək ki, mətbuat konfransı Ağ Evin “YouTube” kanalında yayımlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam