Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

USAID Dövlət Departamentinin nəzarətinə verilir -yüksək vəzifəli əməkdaşları məzuniyyətə buraxılır

Tramp USAID-i Dövlət Departamentinin nəzarətinə verir
ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırır və bunu yaxın günlərdə elan edəcəyi gözlənilir.

Yenixeber.org: Bu haqda “Reuters“ və “Politico” kimi bir sıra KİV-lər mənbələrə istinadən məlumat yayıb.

Agentliyin veb-saytının ötən şənbə günündən artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir.

Bundan başqa agentliyin “X”-dəki hesabı da ləğv edilib. İşçilərə bildirilib ki, qərargah fevralın 3-də bağlanacaq və işçilərin əksəriyyəti uzaqdan işləyəcək.

“Associated Press“in məlumatına görə, USAID-in ən azı 56 yüksək vəzifəli əməkdaşı məzuniyyətə buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam