Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Lalə Şövkətin son durumu:Oğlu açıqladı


Lalə Şövkətin hazırda səhhəti yaxşıdır. Getdikcə nisbətən də yaxşı olacaq. Allaha şükür, indi vəziyyət normallaşır.

Yenixeber.org: Bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

“Hazırda onun sərbəst hərəkəti nisbətən bərpa olunub. Ev şəraitində müalicəsini davam etdirir. Daimi olaraq həkimlərin nəzarətindədir”, - o qeyd edib.

Sidqi Şövkət bildirib ki, Lalə xanımın səhhəti tam yaxşılaşsa, onun Şuşaya getmək niyyəti var:

“Hətta müharibə başa çatdıqdan sonra oraya getmək istəyirdi. Amma səhhəti buna imkan vermədi. Sözsüz ki, onun ən böyük arzusu Qarabağa getmək və Şuşanı ziyarət etməkdir”.

Qeyd edək ki, Lalə Şövkət 2021-ci ildə ürək əməliyyatı keçirib.

1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən, 1994-cü il yanvarın 29-dək Dövlət Katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam