Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Serj Sarkisyandan YENİ XƏBƏR:haqqında daha bir cinayət işi...

Serj Sarkisyan haqqında daha bir cinayət işi

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

Məlumata görə, 2008-ci ilin fevralında Sarqsyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumatlara görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyandır) ilə birlikdə 2.9 milyon dollar məbləğində rüşvət alıb. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəlinib.

İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Xatırladaq ki, Serj Sarqsyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən "Flash" şirkətinin mühafizəsi, ikincisi İrəvandakı "Yerablur" hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam