Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Aİ Rusiya neft və qazından mərhələli şəkildə imtinanı sürətləndirmək istəyir

Aİ Rusiya neft və qazından mərhələli şəkildə imtinanı sürətləndirmək istəyir
Avropa Parlamenti Rusiyadan neft və qaz idxalının mərhələli şəkildə dayandırılmasını sürətləndirməyi nəzərdən keçirir.

Yenieber.org: Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Belə ki, parlamentin sənaye komitəsi “RePowerEU” planına düzəlişlər, o cümlədən 2026-cı ildən etibarən Rusiyadan neft və neft məhsulları idxalının dayandırılması, habelə 2027-ci ildən başlayaraq Rusiya qazının tədarükünün qadağan edilməsi ilə bağlı səsvermə keçirməyi planlaşdırır.

Qeyd edilir ki, bu qərar boru ilə nəql olunan qazın idxalının dayandırılmasını artıq Aİ-nin təklif olunan sanksiyalar paketinə daxil edilmiş dəniz daşımalarının dayandırılması ilə uyğunlaşdıra bilər.

Bununla belə, sanksiyalardan fərqli olaraq, “RePowerEU” planı daha uzunmüddətlidir.

Agentlik onu da əlavə edib ki, qlobal qaz bazarının artıq 2026-cı ilin ikinci yarısında profisitə (büdcə artığı) keçməyə başlayacağı gözlənilir.

Bu isə öz növbəsində Aİ-nin tədarükün dayandırılmasının tədarüklərə təzyiq göstərməsi və qiymətlərin artması riskini azaldacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam