Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Gürcüstanla bağlı birgə BƏYANAT

Gürcüstanın 5 müxalif lideri saxlanıldı

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.

Yenixeber.org: Sənəddə yerli seçkilərin başqa cür düşünənlərin uzun müddət sıxışdırılması fonunda keçirildiyi bildirilib.

Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub.

“Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələri və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, – bəyanatda deyilir.

Bəyanat müəllifləri, həmçinin AB-nin Gürcüstandakı səfirinin rolu ilə bağlı dezinformasiyanı qəti şəkildə rədd edərək qınadıqlarını bildiriblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam