Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev yaxın günlərdə vəzifəsindən azad edilə bilər.

Yenixeber.org: Bununla bağlı hazırlıqlar gedir.

Hətta müvafiq təqdimatın artıq tamamlandığı bildirilir. Sənəd ölkə başçısına təqdim edildikdən sonra Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən çıxarılacaq.

Qeyd edək ki, nazir müavini vəzifəsinə təyinat və azadedilmə qərarları Prezident tərəfindən imzalanan sərəncamla həyata keçirilir.

Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işindən dərhal sonra Teymur Mehdiyevin də işdən çıxarılıb-çıxarılmayacağı barədə sosial şəbəkələrdə, o cümlədən media orqanlarında müzakirələr gedir.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.(globalinfo)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam