Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Tramp Ağ Evi sökdürür -Yeni ziyafət zalı tikiləcək

Tramp Ağ Evi

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ağ Evin bir hissəsinin sökülməsinə başlanılıb.

Yenixeber.org: Bununla bağlı "The Washington Post qəzeti" məlumat yayıb, məqsəd Prezidentin şəxsi təşəbbüsü ilə yeni ziyafət zalının inşasıdır.

Məlumata əsasən, tikinti briqadaları artıq binanın şərq qanadının sökülməsi işlərinə başlayıb. Ekskavatorlar əraziyə cəlb olunub, texnikanın səsi isə Ağ Evin həyətindən də eşidilib.

Donald Tramp daha əvvəl layihənin mövcud binaya toxunmayacağını bildirmişdi: “O, əsas binaya mane olmayacaq. Yanında yerləşəcək, amma binaya toxunmayacaq”, – deyə o, iyul ayında imzaladığı fərmanın təqdimatında qeyd edib.

Rəsmi şəxslərin açıqlamasına görə, yeni ziyafət zalı hazırkı şərq qanadını əvəz edəcək. Onlar əlavə ediblər ki, həmin konstruksiyada Tramp hakimiyyətə gəlməzdən çox əvvəl bir sıra dəyişikliklər edilmişdi.

Prezident əvvəlcə layihənin dəyərini 200 milyon dollar olaraq qiymətləndirmişdi, lakin sonradan bu rəqəm 250 milyon dollara yüksəlib. Yeni zalın 650 nəfərlik tutuma malik olacağı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam