Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

LC Waikiki, New Yorker, Terranova, Calliope -Bakıdakı məşhur mağazalar bağlanır?

 

LC Waikiki, New Yorker, Terranova və Calliope – bu mağazalar da bağlanacaq?

Yenixeber.org: DeFacto mağaza şəbəkələri Azərbaycanda fəaliyyətini tam dayandırıb. Türkiyənin tanınmış geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filiallarının ölkə bazarından tamamilə çıxdığı bildirilir. Belə halda LC Waikiki, New Yorker, Terranova, Calliope və s. mağazaların da gələcək aqibətiylə bağlı suallar yaranır.

Natiq Cəfərli, DeFacto mağazalar şəbəkəsinin bağlanmasının əsas səbəbini onlayn ticarətə artan maraqla əlaqəli olduğunu bildirib:

“Son illərdə azərbaycanlı istehlakçılar onlayn alış-verişin üstünlüklərini mənimsəyib və aktiv şəkildə Temu, Trendyol kimi platformalardan istifadə edirlər.

Bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də artıq müşahidə olunur. Ənənəvi (offlayn) mağazalar yüksək əməliyyat xərcləri – icarə haqları, əməkhaqqı, xidmət və vergi ödənişləri səbəbindən rəqabət qabiliyyətlərini itirir, onların onlayn ticarətlə rəqabət apara bilməməsinə səbəb olur. Nəticədə bu xərclər məhsul qiymətlərinə də təsir edir və alıcılar daha sərfəli və səmərəli variant olan onlayn alış-verişə üstünlük verirlər”.

İqtisadçı, həmçinin onu da əlavə edib ki, gözlənilir ki, yaxın gələcəkdə LC Waikiki, New Yorker, Terranova, Calliope və digər brendlər də fəaliyyətlərini əsasən onlayn platformalar üzərindən davam etdirsinlər.

N.Cəfərlinin fikrincə, gələcəkdə ənənəvi mağaza şəbəkələrindən çox, rəqəmsal ticarətin üstünlük təşkil edəcəyi də istisna edilmir.(Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam