Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir:“Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Xəbər verildiyi kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. Yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu və və Təsərrüfat şöbəsində baş məsləhətçi- mühəndis vəzifəsində çalışan Qafar Abdullayev həbs edilib. Hər iki məmur barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Yenixeber.org: Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə həbs Qaradağ rayonu ərazisində torpaq sahibi olmaq istəyən vətəndaşdan küllü miqdarda pul istənilməsi olub. Mənbənin sözlərinə görə pul icra başçısının müavini Nadir Muradov tərəfindən istənilsə də Təsərrüfat şöbəsində təqdim edilib və qrup iş üstündə yaxalanıb. Heç şübhəsiz ki, bu əməliyyat icra başçısının xəbəri olmadan aparılmayıb. Buna görə də 15 ildən artıqdır ki, Qaradağ rayonuna rəhbərlik edən, bir zamanlar “Çakır” ləqəbi ilə məhşurlaşmış Süleyman Mikayılov həbslərdən bərk narahatdır. Cumhuriyyet.az-a daxil olan məlumata görə, əməliyyatdan dərhal sonra icra başçısı prosesə müdaxilə edərək əməkdaşlarını qurtarmağa cəhd edib, amma ona rədd cavabı verilib. İddialara görə küllü miqdarda pul tələb edilən vətəndaş yüksək vəzifə sahibinin yaxını olub və bu səbəbdən icra başçısının da prosesə nə dərəcədə bağlı olduğu araşdırılır.

Mövzunu diqqətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam