Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Qareginin qardaşı da həbs edildi -SƏBƏB

qareginin-qardasi-da-hebs-edildi

“Məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib”.

Yenixeber.org: Bu barədə “Sputnik Armenia”ya vəkil Ara Zohrabyan məlumat verib.

Onun sözlərinə görə, qərar Armavir vilayəti ümumi yurisdiksiya məhkəməsinin hakimi Arman Babaxanyan tərəfindən qəbul olunub:

“Yaxın saatlarda Gevork Nersisyanın oğlu Ambartsum Nersisyanın da həbs tələbi üzrə məhkəmə iclası keçiriləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında vəkil Ara Zorabyan ata və oğul Nersisyanların xuliqanlıq və siyasi təbliğatı əngəlləməkdə ittiham olunduğunu açıqlamışdı.

Xatırladaq ki, bu ilin yayından başlayaraq Paşinyan hökuməti və kilsə arasındakı anlaşılmazlıqlar fonunda bir sıra din xadimləri hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs ediliblər. Onu da bildirək ki, iyunda Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması üzrə də əməliyyat keçirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam