Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

İsrail Misirlə sərhədi qapalı hərbi zona elan etdi -SƏBƏB

İsrail Misirlə sərhədi qapalı hərbi zona elan edib
İsrailin müdafiə naziri İsrael Katz İsrail-Misir sərhədi boyunca ərazinin qapalı hərbi zona elan edilməsi və döyüş qaydalarının sərtləşdirilməsi əmrini verib.
Yenixeber.org: Bu barədə İsrail mediası məlumat yayıb.

Katz İsrail Müdafiə Qüvvələrinə icazəsiz müdaxilələrə qarşı qətiyyətli tədbirlər görməyə icazə verməyi tapşırıb və Şin Bet rəhbəri David Zini ilə birlikdə dronla silah qaçaqmalçılığını terror təhdidi kimi yenidən təsnif etmək barədə razılığa gəlib.

“Biz dron qaçaqmalçılığına qarşı müharibə elan edirik. Qadağan olunmuş ərazini pozan hər kəs zərbə alacaq”, - nazir qeyd edib.

İsrail müdafiə naziri əlavə edib ki, bu qərar genişləndirilmiş təhlükəsizlik vasitələrinin tətbiqinə imkan yaradacaq.

“Dronlarla daşınan silahlar bizə qarşı müharibənin bir hissəsidir. Şimalda etdiyimiz kimi, burada da çəkindirmə tədbirləri görəcəyik — qaydalar dəyişib və silah ticarəti ilə məşğul olanlar bunun üçün ağır bədəl ödəyəcəklər”, - Katz vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam