Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Yük aparan vaqonda 90 milyon dollarlıq heroin aşkarlanıb -FOTOLAR

İrandan Estoniyaya yük aparan vaqonda 90 milyon dollarlıq heroin aşkarlanıb - VİDEO
Qara bazarda dəyəri 90 milyon ABŞ dollarından artıq olan heroin aşkar edilib.

Yenixeber.org: Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı xəbərə görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına “kafel yapışdırıcısı” yükü aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə-heroin aşkar edilib.

Qeyd edilib ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam