Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Parlamentarilər arasında görüş olub -FOTO

Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Bu gün ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

Yenixeber.org: Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr  çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.
Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam