Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması yeni müharibəyə yol aça bilər"

Fransa Prezidenti Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması çağırışlarına qarşı çıxıb.

Yenixeberorg.az: Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Ukraynanın resurslarını məhdudlaşdırmaq istəyənlər əslində onu ədalətsiz sülhü qəbul etməyə məcbur etmək, uzun müddət zəif vəziyyətdə saxlamaq istəyirlər. Bu isə bütün Avropanı həssas vəziyyətə salacaq. Bu, məğlubiyyətçilik düşüncəsidir və növbəti müharibəyə aparan yoldur. Fransa belə mövqeyi bölüşə bilməz”, – Makron bildirib.

Fransa Prezidenti vurğulayıb ki, Parisin əsas prioriteti Ukrayna ilə əməkdaşlıq edərək ədalətli və davamlı sülhə nail olmaqdır.

Onun sözlərinə görə, Avropa münaqişənin həlli ilə bağlı danışıqlarda tamhüquqlu şəkildə iştirak etməlidir. Makron bunu qitənin təhlükəsizliyi baxımından vacib hesab etdiyini bildirib.

Fransa lideri həmçinin Avropanı Ukraynada müharibə başa çatdıqdan sonrakı dövr üçün prioritetlərini müəyyənləşdirməyə çağırıb.

“Biz müharibə başa çatdıqdan sonra nə istədiyimizi, o cümlədən rusiyalılara açıq şəkildə bildirməliyik. Eyni zamanda, Avropanın uzunmüddətli təhlükəsizliyi baxımından ABŞ-dan nə gözlədiyimizi də dəqiq ifadə etməliyik”, – Makron qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam