Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyanın neft-kimya zavodu uzaqmənzilli PUA-larla vuruldu...

Ukrayna ordusuna məxsus uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nijnekamsk şəhərində yerləşən ölkənin ən böyük neft-kimya komplekslərindən birinə hücum edib.

Yenixeberorg.az: Noyabrın 15-nə keçən gecə baş verən hücum nəticəsində "Sibur" holdinqinə daxil olan strateji "Nijnekamskneftexim" zavodunun ərazisində güclü partlayışlar qeydə alınıb və ardınca irimiqyaslı yanğın başlayıb. Monitorinq kanallarının və yerli sakinlərin yaydığı videogörüntülərdə sənaye nəhənginin ərazisindən qalxan nəhəng alov dilləri və qatı tüstü aydın şəkildə əks olunub. Şahidlərin sözlərinə görə, ilk zərbədən sonra da ərazidə partlayış səsləri və təkrar hücum təhlükəsi davam edib.

Qeyd edək ki, Ukrayna sərhədindən 1200 kilometrdən çox uzaqlıqda yerləşən "Nijnekamskneftexim" təkcə Rusiyanın deyil, bütün Avropanın ən iri neft-kimya müəssisələrindən biri sayılır. İllik istehsal həcmi 3 milyon tona çatan bu zavod Rusiya sənayesi, o cümlədən hərbi-sənaye kompleksi və avtomobil şinləri istehsalı üçün həyati əhəmiyyət daşıyan sintetik kauçuk, plastik kütlələr və etilenin əsas tədarükçüsüdür.

Xatırladaq ki, Nijnekamsk sənaye zonası daha əvvəl də (iyul, avqust və sentyabr aylarında) dron hücumlarına məruz qalmışdı, son həftələrdə isə Ukrayna qüvvələri Volqoqrad, Omsk, Ryazan və Yaroslavl başda olmaqla Rusiyanın onlarla iri neft emalı zavodunu sıradan çıxarıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam