Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ukraynaya daha 71 milyon dollar hərbi yardım ayrılır

İsveç Ukraynaya əlavə 71 milyon dollar hərbi yardım ayırır
İsveç Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə 720 milyon kron (71,13 milyon dollar) ayırmaq qərarına gəlib.

Yenixeberorg.az: Bu barədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vəsait Ukraynaya hərbi dəstək göstərən bir sıra beynəlxalq fond və təşəbbüslərə yönəldiləcək. Əsas diqqət hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli silah imkanlarının gücləndirilməsinə ayrılacaq.

Yardım paketinin 200 milyon kronu (19,76 milyon dollar) Ukraynanın Prioritet Tələblər Siyahısı (PURL) təşəbbüsünə veriləcək.

Bu mexanizm çərçivəsində ABŞ müttəfiq və tərəfdaş ölkələrin maliyyələşdirdiyi paketlər hesabına Ukraynaya Amerika istehsalı olan hərbi texnika və silahlar təqdim edir.

Yeni vəsaitlə birlikdə İsveçin PURL təşəbbüsünə ümumi töhfəsi 572 milyon dollara çatacaq.

Bundan əlavə, təxminən 180 milyon kron (17,78 milyon dollar) Çexiyanın Ukrayna ordusu üçün sursat tədarükü təşəbbüsünə ayrılacaq.

Qeyd edək ki, 2022-ci ildən bəri İsveçin Ukraynaya göstərdiyi hərbi və mülki yardımın ümumi həcmi təxminən 158 milyard kron (14 milyard avro) təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam