Fransada minə yaxın polis etiraz aksiyalarında iştirakdan yayınmaq üçün tibbi müayinəyə müraciət edib

İğtişaşların yatırılması ilə məşğul olan Fransa polisinin xüsusi təyinatlı "CRS 8" bölməsinin mindən çox əməkdaşı bu gün genişmiqyaslı etirazlar zamanı prosesə cəlb olunmamaları üçün tibbi müayinəyə yazılıb.
Yenixeberorg.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
"Un1te" polis həmkarlar ittifaqı hüquq-mühafizə orqanları və etirazçılar arasında toqquşmalarla müşayiət olunan bir neçə həftəlik nümayişlərdən sonra "iğtişaşlara qarşı mübarizə aparan polis qüvvələrinin tükənməsinə" diqqət çəkib.
Həmkarlar ittifaqından bildirilib ki, bu gün səhər CRS-in taqətdən düşmüş mindən çox əməkdaşı həkimlərə müraciət etmək məcburiyyətində qalıb.
Daha əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes hüquq-mühafizə orqanlarına xidməti vəzifələrin icrasına görə verilən "risk mükafatı" adlandırılan məbləği artırmağı vəd etmişdi. Daxili İşlər Nazirliyindəki görüşdən sonra bu təklifi "qeyri-kafi" və hətta "qəbuledilməz" hesab etdilər. Mükafatın miqdarını 33,5 %-ə qədər artıracaq bu artım 2029-cu ilə qədər mərhələli şəkildə olacaq.
Qeyd edək ki, bu gün hakimiyyətin proqnozlarına görə, Fransa şəhərlərinin küçələrinə 250 mindən 360 minə qədər insan çıxa bilər, onlardan 60 minə qədəri isə Parisdədir.









AZ
RU