Redaktor seçimi
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Günün xəbəri

İrana XƏBƏRDARLIQ ETDİ

Livan prezidentindən İrana XƏBƏRDARLIQ

Livan Prezidenti Cozef Aun noyabrın 22-də qeyd olunan müstəqilliyin 83-cü ildönümü münasibətilə xalqa müraciətində İran hakimiyyətini ölkənin daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb.

Yenixeberorg.az: Aun bildirib ki, Livan ordusuna tabe olmayan və Tehrandakı ayrı-ayrı nüfuzlu şəxslərin maraqlarına xidmət edən silahlıların dövrü başa çatıb. O, İran xalqına hörmətlə yanaşdıqlarını və qarşılıqlı hörmət əsasında dostluq münasibətlərinin tərəfdarı olduqlarını vurğulayıb. Bununla belə, prezident qeyd edib ki, dostluq başqa dövlətin qərarlarına müdaxilə etmək hüququ vermir.

Dövlət başçısı hökumətin bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə bağlı qərarını həyata keçirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, İranın dəstəklədiyi şiə təşkilatı “Hizbullah” silahlarını Livan ordusuna təhvil verməlidir.

Aun qeyd edib ki, Livan əhalisinin əksəriyyəti dövlət suverenliyinin gücləndirilməsini dəstəkləyir və nə İsrailin işğalını, nə də İranın müdaxiləsini qəbul edir. Prezident ölkəsinin İsrail və İranın geosiyasi maraqlarının girovuna çevrilməməli olduğunu vurğulayıb.

O əlavə edib ki, müharibə Livanı tükəndirib və ölkəyə ağır itkilər yaşadıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam