Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Prokuror Əli Abbasovun qohumuna 7 il istədi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsiri olan dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şirkət rəhbəri Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəməsi keçirilib


Yenixeber.org: Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahidlər dindirilib.
N.Qasımovun qaynı, kafedə kababçı işləyən Natiq Mirzəyev deyib ki, şirkət onun adına açılıb: “Etibarnamə vermişdim, mən heç nəyə qarışmırdım. Natiq qazancdan mənə pul verirdi”.
Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək N. Qasımovun 7 il, qadınların isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Azadlıqda olan qadınların məhkəmə zalında qandallanmasını tələb edib.
Proses iyunun 22-də davam etdiriləcək.
Həbsdə olan N. Qasımov “Çinar Pharmaceuticals” MMC-nin faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam