Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Polisin saxladığı şəxs -özünü şöbədə doğradı

Polisin saxladığı şəxs özünü şöbədə doğradı
Bakıda ictimai asayişi pozan şəxs tutulub.
Yenixeber.org: Noyabrın 26-da saat 23 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində Ağcabədi rayon sakini, əvvəllər soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərinə görə məhkum olunmuş F.Həsənov ictimai qaydanı pozduğu üçün həmin ərazidə xidmət aparan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan 1 ədəd bıçaq aşkar edilərək götürülmüş və sərxoş halda olması müəyyən edilib.

Şöbədə F.Həsənov ağzında gizlətdiyi lezviya ilə özünün sağ qol nahiyəsinə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən həkim briqadası çağırılıb və ona zəruri tibbi yardım göstərilib.

Toplanmış material Sabunçu rayon prokurorluğuna göndərilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam