Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Demokratiya Tehran rejimini necə xilas etdi? -Ancaq bu, hələ son deyil...

news content

Demokratiyanın mahiyyəti və əhəmiyyəti aparıcı qərb ölkələrində daha aydın görünür. Oralarda bütün qurumlara seçilənlər verdikləri vədə, seçicilərin səsinə, rəyinə sayğı göstərilir. Bütün fəaliyyət ilk növbədə dövlətin mənafeyinə xidmət edir. Tədbirlərin hamısında ölkənin iqtisadi vəziyyəti prioritet olur.

Yenixeberorg.az: Ona görə də müharibəyə, yaxud hərbi əməliyyatlara xərclər nəzərə alınan ilklərdəndir.

ABŞ və İsrailin İrana qarşı keçirdikləri hərbi əməliyyatlar hər iki dövlətdəki iqtisadi, siyasi proseslərə təsir göstərib. Çünki həmin əməliyyatlar ölkənin iqtisadiyyatına, sosial vəziyyətinə nəzərəçarpacaq təsir göstərib.

Vyetnam, Əfqanıstan müharibələrini, Suriya və İraqda anti-terror əməliyyatlarını yaşamış ABŞ ictimaiyyətində bu cür hərbi əməliyyatlara böyük məbləğdə vəsait xərcləməsi heç də birmənalı qarşılanmayıb.

Bu isə ölkədəki ictimai-siyasi proseslərə təsirsiz ötüşməyib.

Ştatlarda Donald Trampın Qəzza zolağında, Ukraynada, İrandakı addımlarını təkbaşına fəaliyyət olaraq qiymətləndirərək, etiraz aksiyası keçirirlər. “Krallara yox!” ictimai hərəkatını xatırlamaq yetərlidir. Bu ictimai hərəkat Donald Trampın prezidentliyinin ikinci dövründəki siyasəti tənqid edir. Onlar ABŞ liderinin mütləq hakimiyyətinə tərəfdar olmadıqlarını, dövlətin xalq tərəfindən idarə edilməsini vurğulayır.

Onlar avtoritarizmə, mövcud immiqrasiya siyasətinə, mövcud xarici siyasət kursuna və İranla müharibəyə qarşı olduqlarına dair şüarlar irəli sürürlər.

2026-cı ilin payızında keçirilən aksiyalar aralıq seçkiləri təşviq etmək məqsədi daşıyıb.

Donald Tramp zahirən özünü ABŞ-də hər şeyə qadir tək lider kimi göstərməyə çalışsa da, noyabrın 3-də keçirilən aralıq seçkilər bir sıra məsələləri yerində oturtdu.

Respublikaçılar Partiyasının bu siyasi kampaniyada konqresin hər iki palatasına seçkiləri uduzması Ağ evin indiki yiyəsinin yürütdüyü siyasətə yenidən baxmağa səbəb olub.

Bir çoxlarının verdiyi proqnozun əksinə, seçkilərdən sonra ABŞ İrana qarşı “öldürücü” hərbi əməliyyatlar keçirmədi. Daha doğrusu, belə ehtimal etmək olar ki, onu hələ də təxirə salıb.

Ancaq seçkilərdən sonra Donald Tramp İrana qarşı “Dəmir qapı” (“Iron Gate”) adlı yeni əməliyyat və strategiyasını elan edib. Bu plan, İslam Respublikasının quru sərhədləri və Xəzər dənizi üzərindən həyata keçirdiyi silah, yük daşımalarına nəzarət etmək, eləcə də bu marşrutları bloklamaq məqsədi daşıyır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu istiqamətdə fəaliyyət göstərmək üçün 20 nəfərdən ibarət xüsusi “Dəmir Qapı” işçi qrupu da yaradıb. Bu, Vaşinqtonun Tehrana rejiminə qarşı yeni iqtisadi və siyasi təzyiq vasitəsi sayılır.

“Dəmir qapı”nı İran hakimiyyətini durdurmaq onun nüvə proqramının qarşısını almaq məqsədi ilə irəli sürülən yeni sanksiya da saymaq olar.

Əslində, ABŞ müharibəyə başlamazdan öncə bu addımları atsaydı, daha uğurlu olardı. Çünki Venesuela hadisəsindən sonra “kölgə donanmalarına” qarşı Vaşinqtonun hücumu sanksiya tətbiq edilən ölkələrin neft qaçaqmalçılığının müəyyən mənada qarşısı alındı.

Həmin aksiyanı genişləndirərək, İranın da blokadası taktikası tətbiq edilə bilərdi. O zaman Ştatların Yaxın Şərqdəki tərəfdarları İranın raket zərbələrindən çox ziyan görməzdi.

Bu, həm də danışıqlar üçün optimal şərait yaradardı.

Ona görə də aralıq seçkilər ABŞ-nin Yaxın Şərq, özəlliklə İran üzrə dövlət siyasətinin bir qədər nəfəs almasına imkan verdi. Çünki son bir neçə ildə Qəzza zolağında HƏMAS-ın çöküşü və rəhbərlərinin öldürülməsi, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması, “Hizbullah”ın başçısı Həsən Nəsrullahın, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin, İran Silahlı qüvvələri və SEPAH-ın hərbi liderlərinin öldürülməsi, İranın hərbi, nüvə obyektlərinin dağıdılması, Suriyadan, İraqdan ABŞ silahlı qüvvələrinin çıxarılması və bir-birinin ardınca baş vermiş silsilə bu kimi hadisələr Ştatlara əraziyə yenidən baxmağa, səhv və düzləri təhlil etmək üçün müəyyən mənada vaxt verdi. Bu, həm də mövcud Tramp hakimiyyətinin addımlarının araşdırılması baxımından da önəm daşıyır. Bu baxımdan, aralıq seçkiləri hansısa mənada, ABŞ Prezidentinə etimad referendumu saymaq olar.

Bu nəticələr 2028-ci il prezident seçkisində qalib gəlmək üçün Respublikaçılar Partiyasına çıxış yolu da göstərmiş sayılır.

Tehran rejimi isə ABŞ-də hakim partiyanın bəhs etdiyimiz siyasi kampaniyada məğlubiyyətini özlərinin qələbəsi sayır.

İran hakimiyyətinin bu eyforik vəziyyəti uzun sürməyə bilər. Çünki hadisələr ABŞ-də baş verib. Bu, Ştatların siyasi hakimiyyətinin güclənməsinə, daxili və xarici siyasi kursunun təkmilləşdirilməsinə, buraxılmış səhvlərin, atılmış yanlış addımların öyrənilib, araşdırılmasına xidmət edəcək. Başqa sözlə, bu siyasi kampaniyandan sonra ABŞ-nin Yaxın Şərq, o cümlədən İrana yönəlik siyasəti daha təkmil şəkil ala bilər.

Odur ki, həmin siyasi kampaniyada Respublikaçıların məğlubiyyətinin İranın ağır vəziyyətdə olan iqtisadiyyatına, günü-gündən artan infilyasiyaya, işsizliyə, ödənilməyən pensiyalara, əməkhaqlarına, gənclərin məşğulluğunun səmərəli təşkilinə, narkotik maddələrin yayılmasının artmasının qarşısının alınmasına, rejimin qadınlara tətbiq etdiyi geyim qaydasına, gündəlik tələbat mallarının qiymətinin bahalaşmasına, qonşu dövlətlərlə münasibətlərinin normallaşmasına, “Hizbullah”ın Livanda əvvəlki kimi aparıcı güc olaraq qalmasına, yaxud HƏMAS-ın yenidən güc olmasına və Tehran rejiminin çoxsaylı böhranla nəticələnəcək problemlərinin həllinə zərrə qədər də təsiri olmayacaq.

İranın Ali Təhlükəsizlik Şurasının katibi, SEPAH-ın keçmiş komandanı Möhsün Rezai kimilərin seçkiləri Tehran hakimiyyətinin qələbə sayanların apardıqları təbliğat nəticəsiz və məyusedici olacaq. Bu rejim cəmiyyətə tutduğu yolun doğru-düzgün olduğunu isbatlamaq üçün aralıq seçkilərin nəticələri üzərində manipulyasiya etməklə ölkədə yaranan mövcud vəziyyətdən təmiz çıxmağa çalışır.

Aralıq seçkilərdən bir həftə sonra Prezident Donld Tramp öz idarəçiliyi dövründə İrana layiqincə cavab verildiyini iddia edərək, bildirib: “Tam qələbə əldə etdiyimizdən əmin olmaq istəyirik, yüzdə 93-lük qələbə deyil. Bu, mütləq tam qələbə olacaq”.

Bundan başqa, o bildirib ki, hakimiyyəti dövründə Tehran rejimini çökdürməsə, prezidentliyini uğursuz sayacaq.

Onun çıxışındakı bu qəbildən mesajlar deməyə əsas verir ki, hər şey hələ bitməyib. Tərəflər münaqişəni həll etmək istəyənə də oxşamırlar.

SEPAH-ın, Tehran rejiminin bu vəziyyətdə qalması ABŞ-nin regional maraqlarına, bölgə dövlətlərinin təhlükəsizliyinə daim təhdid mənbəyi olacaq. Bu baxımdan, Vaşinqtonun Tehrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərə əl atacağı ehtimalı daha böyükdür.

Rejim təmsilçilərinin əllərində bayraq etdikləri məsələlərdən biri də ABŞ-nin İrandakı əməliyyata çəkdiyi 47 milyard dollarlıq xərcdir. İslam Respublikasının rəsmi açıqlamasına görə, məlum əməliyyatlar nəticəsində ölkələrinə 270 milyard dollar ziyan dəyib.

ABŞ-dəki seçkinin öz qələbələri sayanlara bir sual: “Hansı dövlət özünü daha tez toparlayacaq?” Nəhayət, Ştatlar bir əməliyyatı başlayandan onun üçün ilk növbədə maliyyə vəsaiti toplayır, ayırır. İranda belə planlı fəaliyyət baş verməyib. Tehran Çin və Rusiyanın əlinə baxaraq ABŞ-yə qarşı hay-küylü çıxışlarla canın qurtarmağa çalışıb. Bu yaxınlarda Müctəba Xamenei adından yayılan açıqlamada Çinlə 25 illik müqavilənin yada salınması da bu məsələdən xəbər verir...

İndiki mərhələdə ABŞ-də demokratiyanın hakim olması Prezident Donald Trampa İrana qarşı hərbi əməliyyatları genişləndirməsinə imkan vermədi. Bu baxımdan, Respublikaçıların Konqresə aralıq seçkilərdə məğlubiyyəti İran hakimiyyətini xilas etdi.

Tehran rejimi ABŞ-dəki demokratiyanın kölgəsinə sığınaraq, sonun başa çatmasından qurtara bilib. Ancaq bu, hələ son deyil, hadisələr bundan sonra daha sərt şəkildə davam edə bilər.(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam